Bakı. Trend:
Ağsuda qanunsuz saxlanılan silahlar polisə könüllü təhvil verilib.
Trend xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupu məlumat yayıb.
Bildirilib ki, vətəndaşlarda qanunsuz saxlanılan odlu silah-sursatların könüllü təhvil verilməsi istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər davam etdirilir.
Ağsu Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri növbəti profilaktik tədbirlərlə rayon sakinləri qanunsuz olaraq saxladıqları müxtəlif markalı 9 ov tüfəngini könüllü polisə təhvil veriblər.