Bakı. Trend:
Məşhur “Tatler” jurnalı Britaniya kral ailəsindən olan ən dəbli qadını seçib.
Trend xəbər verir ki, müvafiq məlumat moda nəşrinin saytında yayımlanıb.
Bu mükafatı 2011-ci ildə şahzadə Uilyam və Keyt Middltonun toyunda qeyri-adi şlyapasına görə zarafatlara səbəb olmuş II Yelizavetanın nəvəsi, şahzadə Beatris qazanıb.
Hadisədən sonra şahzadə qarderobunu yenidən gözdən keçirdi və daha zərif paltarlar seçməyə başladı. O, It-girl, Self Portrait, Beulah, The Vampire's Wife, Reem Acra, Monique Lhuillier kimi brendlərin kolleksiyalarına üstünlük verərək vintage üslubda ətək və gödəkçələr seçdi.