Bakı. Trend:
Avqustun 5-də saat 08 radələrində Bərdə rayonu, Kələntərli kəndi ərazisində 1991-ci il təvəllüdlü Sədaqət İbrahimovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Bu barədə Trend-ə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.
Bildirilir ki, araşdırmalarla 1995-ci il təvəllüdlü Azər İbrahimovun aralarında yaranmış mübahisə zamanı qardaşı arvadı Sədaqət İbrahimovaya kəsici alətlə xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Bərdə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.
Azər İbrahimov iş üzrə şübhəli şəxs qismində tutulub.