...

Monteneqrodan olan gənc V Yay Düşərgəsində uşaqlıq arzusuna çatıb

Cəmiyyət Materials 7 Avqust 2024 15:54 (UTC +04:00)
Monteneqrodan olan gənc V Yay Düşərgəsində uşaqlıq arzusuna çatıb
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Diaspor gənclərinin V Yay Düşərgəsinin Monteneqrodan olan iştirakçısı Şirin Hüseynzadə öz təəssüratlarını Diaspor TV ilə bölüşüb, Laçında keçirilən düşərgədə iştirakından məmnunluğunu bildirib.

Trend xəbər verir ki, uşaqlıqdan işğal altında torpaqları görmək arzusunda olduğunu, 7 yaşında ikən Şuşanın rəsmini çəkdiyini və düşərgəyə gələrkən özü ilə gətirdiyini söyləyib.

Gözəl hisslər yaşadığını dilə gətirən Şirin Hüseynzadə doğma Qarabağımızın, Şuşamızın geri qayıtması münasibətilə hər kəsi təbrik edib, şəhidlərimizə rəhmət, qazilərimizə can sağlığı diləyib.

Tədbirin təşkilinə görə Dövlət Komitəsinə öz təşəkkürünü bildirən soydaşımız xaricdə yaşayan hər bir azərbaycanlı gənci növbəti düşərgələrdə iştirak etmək şansından yararlanmağa çağırıb.

Xəbər lenti

Xəbər lenti