Bakı. Trend:
Xaçmaz rayonunda abadlıq-quruculuq işləri davam etdirilir. Rayonda irimiqyaslı layihələr icra olunur, yol-nəqliyyat infrastrukturu yaxşılaşdırılır, yeni yaşıllıq zolaqları salınır, mövcud park, küçə və prospektlər abadlaşdırılır.
Görülən işlərin davamı olaraq Xudat-Nabran yolunun üzərində müasirliyi özündə əks etdirən kompozisiya yaradılır. Turizm marşrutunun üzərində yerləşən yeni kompozisiya yerli sakinlərlə yanaşı, rayona səfər edən qonaqların zövqünü oxşayacaq.
Abadlıq-quruculuq işləri çərçivəsində Xudat şəhəri, Heydər Əliyev prospektində piyadaların rahat hərəkətinin təmin olunması məqsədilə səkilərin yenidən qurulması barədə qərar qəbul edilib.
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev Xudat şəhərində görülən işlərlə tanış olub, tapşırıq və tövsiyyələrini verib. Elnur Rzayev həmçinin yerli sakinlərlə həmsöhbət olub, küçə və prospektlərdə həyata keçirilən abadlıq-quruculuq işləri ilə bağlı təklifləri dinləyib.