Bakı. Trend:
Bu il yanvar-iyun aylarında 11 670 nəfər cinayət törətmiş şəxs müəyyən edilib.
Bu barədə Trend-ə Dövlət Statistika Komitəsindən məlumat verib.
Bildirilib ki, 8815 nəfər isə cinayət məsuliyyətinə cəlb olunub:
“Qeydə alınmış cinayət hadisələrinin 5674-ü və ya 30,6 faizi narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar olub”.