...

Azərbaycan və Gürcüstan birgə dəmir yolu müəssisəsi yaradıb (FOTO)

Cəmiyyət Materials 14 Avqust 2024 14:54 (UTC +04:00)
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

"Azərbaycan Dəmir Yolları" QSC Gürcüstana məxsus “BTKI Railways” MMC adlı birgə müəssisə yaradıb.

Trend xəbər verir ki, bunu səhmdar cəmiyyətinin sədri Rövşən Rüstəmov "X" sosial şəbəkəsindəki hesabında bildirib.

O qeyd edib ki, yeni müəssisə Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xəttinin Marabda-Kartsaxi hissəsinin infrastrukturunun istismarı və idarə edilməsini təmin etməklə yanaşı, BTQ ilə yükdaşımaların səmərəli təşkili və yeni yüklərin cəlbi istiqamətində fəaliyyət göstərəcək.

"Azərbaycan və Gürcüstanın bu müəssisə vasitəsilə birgə səyləri həm də regional nəqliyyat bağlantılarını, xüsusilə Orta Dəhlizin potensialını gücləndirməyə yönəldiləcək", - sədr əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti