...

Avqustda 103 nəfər zəhərlənib, 4 nəfər ölüb

Cəmiyyət Materials 3 Sentyabr 2024 12:01 (UTC +04:00)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Avqust ayı ərzində Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə zəhərlənmə səbəbilə 103 nəfər qəbul edilib.

Mərkəzdən Trend-ə verilən məlumata görə, şöbəyə qəbul edilən xəstələrdən 34 nəfər dərmandan, 28-i sirkə turşusundan, 12-si kimyəvi maddələrdən, 1-i spirtli içkidən, 2-si fosfor üzvi birləşmələrdən zəhərlənən şəxslərdir.

Həmçinin, 16 nəfər ilan sancması, 7 nəfər allergik reaksiya, 2 nəfər rodensisid (siçan dərmanı ilə zəhərlənmə), 1 nəfər botulizm səbəbilə şöbəyə yerləşdirilib.

Həkimlərin səylərinə baxmayaraq, zəhərlənən şəxslərdən 4-ü (2 nəfər qadın cinsli, 2 nəfər kişi cinsli) dünyasını dəyişib.

Ölüm halları sirkə turşusu zəhərlənməsindən qeydə alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti