...

Bakıda Ümumdünya Şəhərsalma Forumunun keçiriləcəyi tarix müəyyənləşib

Cəmiyyət Materials 24 Sentyabr 2024 17:17 (UTC +04:00)
Bakıda Ümumdünya Şəhərsalma Forumunun keçiriləcəyi tarix müəyyənləşib
Əli Qasımov
Əli Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Bakıda Ümumdünya Şəhərsalma Forumu mayın 18-dən 22-dək baş tutaq.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsin-dən Trend-ə verilən məlumata görə, bunu Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində BMT-nin Məskunlaşma Proqramının icraçı direktoru Anaklaudiya Rozbax ilə görüşündə deyib.

"Anar Quliyev görüş zamanı 2026-cı ildə Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun (WUF13) tarixlərinin dəqiqləşdiyini və mayın 18-dən 22-dək baş tutacağını elan edib", - deyə məlumatda bildirilib.

Görüşdə həmçinin 2022 və 2023-cü illərdə təşkil olunmuş 1-ci və 2-ci Azərbaycan Milli Şəhərsalma Forumlarından başlayaraq, regionda dayanıqlı şəhərlərin inkişafına dəstək verən platformanın yaradılması ilə nəticələnən BMT-nin Məskunlaşma Proqramı və Azərbaycan arasındakı əməkdaşlığın əhəmiyyəti vurğulanıb.

Eyni zamanda dayanıqlı şəhərsalma sahəsində birgə təşəbbüslər və bu istiqamətdə gələcək hədəflər ətrafında fikir mübadiləsi aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti