...

Gimnastlarımız “Dalia Kutkaite Cup” beynəlxalq turnirində 5 medal qazanıblar

Cəmiyyət Materials 6 Oktyabr 2024 09:30 (UTC +04:00)
Gimnastlarımız “Dalia Kutkaite Cup” beynəlxalq turnirində 5 medal qazanıblar
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Bədii gimnastika üzrə “Dalia Kutkaite Cup” beynəlxalq turniri başa çatıb.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, gimnastlarımız Litvanın Vilnüs şəhərində keçirilən yarışda uğurlu çıxış ediblər.

Komandamız 5 medal qazanıb. Məryəm Baloğlanova gürzlərlə hərəkətlərin icrasında qızıl, toplarla çıxışında isə bürünc medal qazanıb. Azadə Atakişiyevanın qazandığı hər 3 medalın əyarı gümüş olub. O, çoxnövçülük proqramı ilə yanaşı halqa və toplarla hərəkətlərin icrasında 2-ci yeri tutub.

Qeyd edək ki, Azərbaycan millisi yarışa məşqçilər Valentina Ukleina və Nəzrin Cəfərzadənin rəhbərliyi altında yollanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti