Bakı. Trend:
Bakıda və Abşeron yarımadasında dekabrın 2-si saat 13:00-a olan məlumata əsasən dünəndən müşahidə olunan yağış yarımadanın bəzi yerlərində intensivləşib.
Trend xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, müşahidə olunan yağıntılı hava şəraitinin dekabrın 4-ü səhərədək davam edəcəyi gözlənilir.