...

Sumqayıtda partlayışda xəsarət alanların ilkin sayı məlum olub - Vəziyyətləri AÇIQLANDI

Cəmiyyət Materials 3 Dekabr 2024 08:33 (UTC +04:00)
Sumqayıtda partlayışda xəsarət alanların ilkin sayı məlum olub - Vəziyyətləri AÇIQLANDI
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

03.12.2024-cü il tarixində saat 06:40 radələrində Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində mənzildə partlayış baş verməsi barədə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub.

TƏBİB-dən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, hadisə yerinə 6 təcili tibbi yardım briqadası cəlb olunub.

İlkin məlumata görə, hadisə nəticəsində xəsarət alan 3 nəfər (2 kişi cinsli, 1 qadın cinsli) Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına hospitalizasiya olunub.

1977, 2007 və 2010-cu il təvəllüdlü şəxslər ağır yanıq xəsarətləri ilə Reanimasiya şöbəsinə yerləşdirilib.

Hazırda 1 nəfərin vəziyyəti ağır, digərlərinin vəziyyəti isə orta ağırdır.

Qeyd edək ki, təcili tibbi yardım briqadaları hadisə yerindədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti