Bakı. Trend:
Artıq bundan sonra yurdumuz Şuşada yaşayıb yaradacağıq.
Bunu Trend-ə açıqlamasında Şuşa sakini Rəhimova Naibə deyib.
Onun sözlərinə görə, doğma yurddan, el-obadan uzaqda yaşamaq çox çətindir.
"Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin, Prezidentimizi qorusun ki, bizə bu günü, Şuşaya qayıdışımızı gerçəkləşdirdilər. Biz onlara minnətdarıq", - deyə o bildirib.
Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 30 minə yaxın insan yaşayır.