...

ADY-nın bu il daşıdığı sərnişinlərin sayı məlum olub

Cəmiyyət Materials 5 Dekabr 2024 10:19 (UTC +04:00)
ADY-nın bu il daşıdığı sərnişinlərin sayı məlum olub
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar-noyabr aylarında ADY-nin qatarları ilə 7,6 milyondan çox sərnişin daşınıb ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 20% çoxdur.

Trend xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC məlumat yayıb.

Bildirilib ki, Bakı-Qəbələ-Bakı marşrutu ilə səfər edən sərnişinlərin və xarici turistlərin sayında müvafiq olaraq 64% və 33% artım qeydə alınıb.

Qeyd olunub ki, 2023-cü ildə ADY dəmir yolları tarixində ilk dəfə olaraq 7 milyondan çox sərnişinin daşınmasını təmin edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti