...

Bu gün üçün gözlənilən hava şəraiti

Cəmiyyət Materials 10 Dekabr 2024 08:30 (UTC +04:00)
Bu gün üçün gözlənilən hava şəraiti
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən isə yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə bəzi şəhərətrafı ərazilərdə çiskin olma ehtimalı var. Şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Trend xəbər verir ki, havanın temperaturu gecə 5-7° isti, gündüz 7-10° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 774 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət isə 60-70 % səviyyəsində olacaq.

Azərbaycanın rayonlarında əsasən yağmursuz hava şəraitinin hökm sürəcəyi, lakin gecə və səhər bəzi şərq rayonlarında arabir yağışın olacağı gözlənilir. Bəzi bölgələrdə arabir duman müşahidə olunacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 1-6° isti, gündüz 8-13° isti olacaq. Dağlıq ərazilərdə isə gecə 0-5° şaxta, gündüz isə 0-5° isti olacaq.

Xəbər lenti

Xəbər lenti