...

Tələbə mübadiləsini artırmaq niyyətindəyik - Nazir

Cəmiyyət Materials 11 Dekabr 2024 10:43 (UTC +04:00)
Tələbə mübadiləsini artırmaq niyyətindəyik - Nazir
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Tələbə mübadiləsini artırmaq niyyətindəyik.

Trend xəbər verir ki, bu barədə Elm və Ali Təhsilin Beynəlmilləşməsi Forumunda çıxışı zamanı elm və təhsil naziri Emin Əmrullayev deyib.

Nazir qeyd edib ki, hazırda Azərbaycanda təhsil alacaq xarici tələbələrin sayının artırılmasına fokuslanılıb.

“Son illərdə Azərbaycanda təhsil alan xarici tələbələrin sayında artım görürük. Planlarımız arasında prioritet istiqamət xarici tələbələrin sayının 20 minə qaldırılımasıdır”, - deyə o bildirib.

E.Əmrullayev vurğulayıb ki, COP29 çərçivəsində keçirilən görüşlərdə məlum oldu ki, bir çox ölkə vətəndaşlarını Azərbaycana göndərərək, təhsil almalarında maraqlıdılar.

“İkitərəfli münasibətlərdə bir çox ölkələrlə təhsil mövzusu müzakirələrin əsasını təşkil edir”,- deyə nazir əlavə edib.

Xəbər lenti

Xəbər lenti