...

Emin Əmrullayev alimlər üçün bürokratik proseslərdən danışdı

Cəmiyyət Materials 11 Dekabr 2024 11:23 (UTC +04:00)
Emin Əmrullayev alimlər üçün bürokratik proseslərdən danışdı
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanlı alimlərin dünya elminə inteqrasiya olunması, dünyanın aparıcı alimlərinin Azərbaycana gəlməsi, burada elmi tədqiqatlara cəlb olunması prioritet istiqamətdir.

Trend xəbər verir ki, bu barədə Elm və Ali Təhsilin Beynəlmilləşməsi Forumunda çıxışı zamanı elm və təhsil naziri Emin Əmrullayev deyib

"Əgər xaricdən hər hansı tədqiqatçını Azərbaycana alim və ya professor kimi dəvət ediriksə, onun bizim qaydalara uyğun olaraq prosedurlardan keçməsi çətindir.

Loru dildə desək, özünə hörmət edən alim bu prosedurlardan keçmək istəmir, yaxud keçmir. Əgər biz həmin alimləri Azərbaycanda görmək istəyiriksə, o zaman mövcud prosedurlara mütləq yenidən baxmalıyıq”, - deyə o bildirib.

E.Əmrullayev vurğulayıb ki, bir çox hallarda tədqiqatçı və alimlər üçün bürokratik proseslər o qədər də asan deyil.

Xəbər lenti

Xəbər lenti