...

Bu il neçə xarici vətəndaş xəstəxanalara müraciət edib? - AÇIQLANDI

Cəmiyyət Materials 11 Dekabr 2024 17:09 (UTC +04:00)
Bu il neçə xarici vətəndaş xəstəxanalara müraciət edib? - AÇIQLANDI
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Bu il Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində olan tibb müəssisələrinə müraciət edən əcnəbilərin sayı məlum olub.

Trend-in sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib ki, 2024-cü ilin yanvar-noyabr ayları ərzində TƏBİB tabeliyində olan tibb müəssisələrinə 5 879 nəfər xarici vətəndaş müraciət edib.

Qeyd edilib ki, Azərbaycanda olan xarici vətəndaşlar tibbi xidmətlərdən yararlanmaq üçün şəxsiyyəti təsdiq edən sənədi təqdim etməklə TƏBİB-in tabeliyində olan tibb müəssisələrinə müraciət edə bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti