...

Hərbi xidmətə çağırılanların yekun müayinəsi e-növbəlilik qaydasında aparılır - RƏSMİ

Cəmiyyət Materials 12 Dekabr 2024 18:47 (UTC +04:00)
Hərbi xidmətə çağırılanların yekun müayinəsi e-növbəlilik qaydasında aparılır - RƏSMİ
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların tibbi şəhadətləndirilməsi ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən yekun tibbi müayinələrin aparılması prosesi davam etdirilir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Trend-ə verilən məlumata görə, prosesin elektron infrastruktur üzərindən həyata keçirilməsi təmin edilir ki, bu da müayinələrin çevikliyini və şəffaflığını şərtləndirir.

"Belə ki, çağırışçının yekun tibbi müayinəsinin aparılması üçün Mərkəzi Hərbi-Həkim Komissiyasının rəyi təsdiq edilərək Nazirliyin “Tibbi şəhadətləndirmə” altsisteminə müvafiq göndəriş daxil edilir. Göndəriş əsasən çağırışçılar üçün avtomatik təyin edilən e-növbəliliyi qaydasında onlar Agentliyin Tibbi Qiymətləndirmə Mərkəzində əyani müayinələrdən keçirilir. Müayinələr aşağıdakı 4 kateqoriya üzrə yekun tibbi müayinələrə cəlb edilirlər:

Sıradankənar həqiqi hərbi xidmətə yararlılıq haqqında (“B” kateqoriyası);

Həqiqi hərbi xidmətə müvəqqəti yararsız hesab edilməklə çağırışa möhlət verilməsi haqqında (“Ç” kateqoriyası);

Dinc dövrdə həqiqi hərbi xidmətə yararsızlıq, müharibə dövründə məhdud yararlılıq haqqında (“C” kateqoriyası);

Həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsızlıq haqqında (“D” kateqoriyası)

Müayinənin yekun qərarı da e-sistemə daxil edilir və həmin qərar barədə çağırışçıya elektron qaydada məlumat göndərilir", - məlumatda qeyd olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti