Bakı. Trend:
2024-cü ildə Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən korrupsiya cinayətlərinə şərait yaradan halların aradan qaldırılması və gələcəkdə bir daha törədilməməsi üçün prokuror təsir tədbirləri qismində müxtəlif qurumlara 185 təqdimat göndərilib.
Trend xəbər verir ki, bu barədə İdarənin rəisi Nazim Rəcəbov məlumat verib.
O bildirib ki, həmin təqdimatlara əsasən bir sıra işçilər intizam məsuliyyətinə cəlb edilib və bu kimi digər zəruri tədbirlərin görülməsi təmin olunub.