...

Ötən il dəyəri 32 milyon manata yaxın olan əmlak üzərinə həbs qoyulub - İdarə rəisi

Cəmiyyət Materials 16 Yanvar 2025 18:20 (UTC +04:00)
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

2024-cü ildə istintaqı başa çatdırılan cinayət işləri üzrə ümumilikdə özgə əmlakına vurulan 131 365 409 manat məbləğində maddi ziyandan 50 394 439 manatının, o cümlədən icraatına xitam verilən cinayət işləri üzrə özgə əmlakına vurulan 19 milyon 726 167 məbləğində maddi ziyanın tam olaraq ödənilməsi təmin olunub.

Trend xəbər verir ki, bu barədə Baş prokurorunun müavini - Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Nazim Rəcəbov məlumat verib.

O bildirib ki, zərərin ödənilməsi məqsədilə istintaqı başa çatdırılan cinayət işləri üzrə 31 930 592 manat məbləğində əmlak üzərinə həbs qoyulması təmin olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti