Bakı. Trend:
Milli Məclisi yanında Toponimiya Komissiyasının yeni tərkibdə ilk iclası keçirilib.
Trend xəbər verir ki, İsa Həbibbəyli yenidən Toponimiya Komissiyasının sədri seçilib.
Musa Quliyev Komissiyanın sədr müavini, Cavid İskəndərov isə katib seçilib.
Qeyd edək ki, Komissiyanın üzvləri İsa Həbibbəyli, Elnarə Akimova, Nizami Cəfərov, Əziz Ələkbərov, Mahirə Hüseynova, Anar İsgəndərov, Elçin İsmayılov, Musa Quliyev, Hikmət Məmmədov, Möhsün Nağısoylu, Sabir Rüstəmxanlı və Cavid İsgəndərovdur.