...

Azərbaycandan Ukraynaya indiyədək 40 milyon dollarlıq humanitar yardım göndərilib

Cəmiyyət Materials 7 Fevral 2025 12:11 (UTC +04:00)
Azərbaycandan Ukraynaya indiyədək 40 milyon dollarlıq humanitar yardım göndərilib
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Ukraynada yaranan son vəziyyətlə əlaqədar Azərbaycan tərəfindən bir neçə dəfə humanitar yüklər göndərilib. Bu çərçivədə göndərilən humanitar yardımlar və yenidənqurma işlərinə dəstəyin həcmi artıq 40 milyon dolları keçib.

Trend xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Energetika Nazirliyinin Elektrik və istilik enerjisi şöbəsinin müdiri Ələsgər Həsənov deyib.

O bildirib ki, müharibə nəticəsində Ukraynada elektrik enerjisi təsərrüfatına dəyən zərərin aradan qaldırılması, dayanıqlı enerji infrastrukturunun formalaşdırılması üçün Azərbaycandan Ukrayna tərəfinin istəyinə uyğun olaraq müxtəlif elektrik avadanlıqları, naqillər, kabellər göndərilib:

"Göndərilənlər arasında 70-dək generator, milyonlarla metr naqil və kabeli qeyd etmək olar. Prezident İlham Əliyevin sərəncamına uyğun olaraq 1 milyon ABŞ dollarının manat ekvivalenti həcmində vəsait ayrılıb. Buna uyğun olaraq elektrik avadanlıqlarının göndərilməsi nəzərdə tutulub".

Ələsgər Həsənov qeyd edib ki, göndərilən elektrik avadanlıqları Azərbaycan istehsalıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti