...

Ağdamda yük maşını minaya düşüb: rayon prokurorluğunda araşdırma aparılır (ƏLAVƏ OLUNUB)

Cəmiyyət Materials 14 Fevral 2025 12:05 (UTC +04:00)
Ağdamda yük maşını minaya düşüb: rayon prokurorluğunda araşdırma aparılır (ƏLAVƏ OLUNUB)
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Bakı. Trend:

Ağdam rayonunda mina hadisəsi baş verib.

Azərbaycan Respublikası Baş Prokurorluğu, Daxili İşlər Nazirliyi və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətlərindən Trend-ə verilən məlumata görə, Ağdam rayonunun əvvəllər işğal olunmamış Ayaq Qərvənd kəndi ərazisindən keçən Xaçın çayının hövzəsində 2025-ci il 14 fevral tarixində mina hadisəsi baş verib.

Bildirilib ki, Ağdam rayonunun Quzanlı kənd sakini 1965-ci il təvəllüdlü Məmmədov Fayiq Ərşad oğlu idarə etdiyi "Howo" markalı yük avtomobili ilə hərəkətdə olarkən sel sularının gətirməsi ehtimal olunan piyada əleyhinə minaya düşmüş, partlayış zamanı həmin avtomobilin sol arxa çarx hissəsi zədələnmiş, hadisə nəticəsində xəsarət alan olmamışdır.

Faktla bağlı Ağdam rayon prokurorluğunda araşdırma aparılır.

xxx

11:29

Ağdam. Trend:

Ağdamda yük maşını minaya düşüb.

Trend-in yerli müxbiri xəbər verir ki, hadisə rayonun işğaldan azad edilmiş Baş Qərvənd kəndi ərazisində qeydə alınıb.

Mina partlaması nəticəsində ərazidə işləyən "HOVA" markalı yük maşınına ciddi ziyan dəyib.

Xəsarət alan olmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti