...

Soydaşımız Las Veqasda keçirilən UFC turnirində növbəti uğurunu qazanıb (FOTO)

Cəmiyyət Materials 17 Fevral 2025 19:19 (UTC +04:00)
Soydaşımız Las Veqasda keçirilən UFC turnirində növbəti uğurunu qazanıb (FOTO)
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ-nin Nevada ştatının Las Veqas şəhərində "UFC Fight Night" 251 turniri keçirilib. Turnirdə qarışıq döyüş növləri üzrə Azərbaycanı təmsil edən Nazim Sadıxov UFC promouşenində növbəti qələbəsini qazanıb.

Bu barədə Trend-ə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumata verilib.

Bildirilib ki, yüngül çəkidə çıxış edən azərbaycanlı döyüşçü Braziliyadan olan İsmael Bonfim ilə qarşılaşıb.

İlk raundun sonunda həkimlər Nazim Sadıxovun rəqibinin aldığı zərbələrdən sonra döyüşü davam etdirə bilməcəyinə qərar veriblər və soydaşımız TKO (texniki nokaut) ilə qalib gəlib.

UFC-də 10-cu qələbəsini qazanan Nazim Sadıxovun döyüşdən sonrakı müsahibəsini bu linkdə izləyə bilərsiniz: https://youtu.be/oxDwm1-KCL8?si=TnMzoum00B1nNw7Z

Məqalədə:
Xəbər lenti

Xəbər lenti