...

Sosial işçinin sosial xidmətə dair fərdi plan hazırlaması üçün müddət müəyyənləşir

Cəmiyyət Materials 25 Fevral 2025 11:00 (UTC +04:00)
Sosial işçinin sosial xidmətə dair fərdi plan hazırlaması üçün müddət müəyyənləşir
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Sosial xidmətlərə olan tələbatın qiymətləndirilməsi və müəyyənləşdirilməsi qaydası dəyişir.

Trend xəbər verir ki, bu məsələ Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında müzakirə olunan “Sosial xidmət haqqında” Qanuna təklif edilən dəyişiklikdə öz əksini tapıb.

Qanun layihəsinə əsasən, sosial xidmətin göstərilməsi barədə müraciət müvafiq icra hakimiyyəti orqanına daxil olduğu gündən 5 iş günü ərzində şəxsin (ailənin) sosial xidmətə olan tələbatının qiymətləndirilməsi və müəyyənləşdirilməsi üçün sosial işçiyə ünvanlananacaq. Qüvvədə olan qanunvericiliyə əsasən, həmin müddət müraciətin daxil olduğu gündən sonra 5 iş günüdür.

Digər dəyişikliyə əsasən, şəxsə (ailəyə) dövlət büdcəsinin vəsaiti hesabına sosial xidmətin göstərilməsi və ya sosial xidmətin göstərilməsindən imtina edilməsi barədə qərar sosial işçi tərəfindən hesabatın təqdim edildiyi gündən 5 iş günü ərzində müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəbul ediləcək. Qüvvədə olan qanunvericiliyə əsasən, həmin müddət hesabatın təqdim edildiyi gündən sonra 5 iş günüdür.

Mövcud qanunla sosial işçi tərəfindən sosial xidmətin formasını, növünü, sosial xidmətin göstərilməsi yeri və müddətini özündə əks etdirən sosial xidmətə olan tələbatın qiymətləndirilməsi və müəyyənləşdirilməsi üzrə hesabat və şəxsə (ailəyə) sosial xidmət göstərilməsinə dair fərdi plan hazırlanır. Qanun layihəsində sosial işçi tərəfindən şəxsə (ailəyə) sosial xidmət göstərilməsinə dair fərdi planın 5 iş günü ərzində hazırlanması təklif edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti