Bakı. Trend:
Avstraliya İttifaqının Sidney şəhərində “Land of Fire” (“Odlar Yurdu”) adlı Azərbaycan milli rəqs dərnəyi fəaliyyətə başlayıb.
Trend xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.
Bildirilib ki, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə fəaliyyətə başlayan dərnəyin müəllimi Əməkdar artist, xoreoqraf Sevinc Hüseynlidir.
Dərnəkdə yerli və əcnəbi vətəndaşlara milli rəqslərimiz tədris olunacaq. Gələcəkdə dərnəyin peşəkar rəqs qrupunun yaradılması planlaşdırılır.