...

Bakının bu küçələrində nəqliyyat sıxlığı hələ də davam edir - SİYAHI (FOTO)

Cəmiyyət Materials 1 Mart 2025 01:17 (UTC +04:00)
Bakının bu küçələrində nəqliyyat sıxlığı hələ də davam edir - SİYAHI (FOTO)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Paytaxtın bəzi əsas yollarında nəqliyyat sıxlığı hələ də qalmaqdadır.

Trend xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

Hazırda müşahidələr göstərir ki, Bakı-Sumqayıt şosesi, Ziya Bünyadov prospekti və Bakı dairəvi yolunda yolların buz bağlaması səbəbindən, xüsusilə yük avtomobillərinin hərəkətində problemlər yaranıb. Yolda sürüşmə ehtimalını nəzərə alsaq mümkün qədər çox ara məsafəsi saxlanılmalı və sürət həddinə əməl edilməlidir. Bu zaman baş verə biləcək yol-nəqliyyat hadisəsindən yayınmaq mümkün ola bilər.

Hal-hazırda yollardakı vəziyyət:
1. Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində;
2. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində;
3. Alı Mustafayev küçəsi, "20 Yanvar" metro stansiyası istiqamətində;
4. Bakı-Sumqayıt şosesi, "Xırdalan" dairəsi istiqamətində sıxlıq müşahidə olunur.

Xəbər lenti

Xəbər lenti