...

Sabah Bakıda 13 dərəcə isti olacaq

Cəmiyyət Materials 9 Mart 2025 12:23 (UTC +04:00)
Sabah Bakıda 13 dərəcə isti olacaq
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Martın 10-da gözlənilən hava proqnozu açıqlanıb.

Bu barədə Trend-ə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Sabah Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Bəzi yerlərdə arabir duman olacaq. Cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə +3 dərəcədən +6 dərəcəyədək, gündüz +9 dərəcədən +13 dərəcəyədək olacaq. Atmosfer təzyiqi 765 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-80%, gündüz 60-65% olacaq.

Azərbaycanın rayonlarında əsasən yağmursuz, bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi əsəcək.

Havanın temperaturu gecə +4 dərəcədən +8 dərəcəyədək, gündüz +15 dərəcədən +20 dərəcəyədək, dağlarda gecə -3 dərəcədən +2 dərəcəyədək, gündüz +8 dərəcədən +13 dərəcəyədək olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti