Bakı. Trend:
YARAT Müasir İncəsənət Məkanı, şəhər mədəniyyəti və Novruz ənənələrini bir araya gətirən “Battle 4 Last Charshanba” festival proqramını təqdim edir!
16 mart tarixində baş tutacaq bu festival, maraqlı yarışlar və interaktiv ustad dərsləri ilə dinamik bir mühit yaradacaq.
Festival proqramı çərçivəsində “Scratch Session” skeytbordçuların bacarıqlarını nümayiş etdirdiyi yarışlar, “Breakdance” və “All Styles” rəqs yarışmaları, eləcə də şəhər incəsənətini ön plana çıxaran “Graffiti Jam” Novruz Urban Fest-in dinamik ruhunu formalaşdıracaq.
Novruzun dörd ünsüründən ilham alan festival proqramı iştirakçılara yalnız xoş vaxt keçirmək deyil, həm də yaradıcılıqla özünü ifadə etmək imkanı verəcək.
YARAT Mərkəzi, 2-ci mərtəbə, MFZ
Səid Rzayevin (Tovarich295) ustad dərsi: “Street Xonça”
13:00 – 14:00
Yaş məhdudiyyəti: 12+
İştirakçı limiti: 50
YARAT Mərkəzi, 1-ci mərtəbə, YARAT Təhsil
Anar Şəmsinin ustad dərsi və yumurta döyüşü: “Mortal Eggs”
14:00 – 15:00
Yaş məhdudiyyəti: 12+
İştirakçı limiti: 60
16:00 – 17:00
Yaş məhdudiyyəti: 12+
İştirakçı limiti: 60
XX-XXI əsrlər Azərbaycan Rəngkarlığı Muzeyi, 2-ci mərtəbə
“Breakdance” və “All Style” rəqs yarışması
15:00 – 21:00
Yaş məhdudiyyəti: 12+
İştirakçı limiti: 500
Bakı Bulvarı (XX-XXI əsrlər Azərbaycan Rəngkarlığı Muzeyinin qarşısı)
Skeytbord yarışı
13:00 – 20:00
Yaş məhdudiyyəti: 12+
İştirakçı limiti: 500
Rəqəmsal tonqal: “İnferno rejimi”
21:00 – 22:00
Yaş məhdudiyyəti: 12+
İştirakçı limiti: 500
Festival URBAN Art Community Azerbaijan, Bakı Bulvar İdarəsi, Red Bull, iTicket platforması və United Coffee Beans-in dəstəyi ilə həyata keçirilir.
Bütün tədbirlərə giriş ödənişsizdir.
Qeydiyyat iTicket vasitəsilə aparılır.
Əlavə məlumat üçün: 050 246 92 92