...

Naxçıvanda yüksək vəzifəyə TƏYİNAT

Cəmiyyət Materials 12 Mart 2025 20:54 (UTC +04:00)
Naxçıvanda yüksək vəzifəyə TƏYİNAT
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısına yeni müavin təyin edilib.

Trend xəbər verir ki, bununla bağlı Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Cabbar Musayev əmr imzalayıb.

Əmrə əsasən, Məmmədov İmran Qərib oğlu Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının müavini – Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri təyin edilib.

O, 12 mart 2025-ci il tarixdə Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısı aparatının kollektivinə təqdim olunub və yeni vəzifəsinin icrasına başlayıb.

Qeyd edək ki, Q.Məmmədov yeni vəzifəyə təyin olunmazdan öncə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində yaradılmış İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyində departament müdiri vəzifəsində çalışıb.

Xəbər lenti

Xəbər lenti