...

Ötən il respublika üzrə 508 nöqtədə 1 900 videomüşahidə kamerası quraşdırılıb

Cəmiyyət Materials 14 Mart 2025 11:15 (UTC +04:00)
Ötən il respublika üzrə 508 nöqtədə 1 900 videomüşahidə kamerası quraşdırılıb
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

“Təhlükəsiz şəhər” layihəsi çərçivəsində respublika üzrə daha 508 nöqtədə 1,9 min, o cümlədən işğaldan azad olunmuş ərazilərdə 79 nöqtədə 227 videomüşahidə kamerası quraşdırılıb.

Trend xəbər verir ki, bu barədə məlumat Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə edilən Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haqqında hesabatda öz əksini tapıb.

Hesabatda bildirilib ki, hazırda ölkə üzrə ümumilikdə 5.3 min nöqtədə 16.6 min videomüşahidə kamerası (Bakı şəhərində 3.5 min nöqtədə 11.1 min kamera) istismar olunur.

Bununla yanaşı, respublika üzrə 4.7 min üztanıma kamerası (Bakı şəhəri üzrə 4,2 min) istismar olunur.

Videomüşahidə vasitələrinin tətbiqi ilə 24,1 min, o cümlədən 22,3 min yol- nəqliyyat hadisəsi, 203 ictimai asayişin pozulması faktı, 1,4 min yanğın və digər hadisə müəyyən edilib, axtarışda olan 141, digər nəqliyyat vasitəsinə verilmiş qeydiyyat nişanı ilə idarə edilən 21 avtomobil müəyyənləşdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti