...

Müdafiə naziri “Baykar” şirkətinin baş direktoru ilə görüşüb (FOTO)

Cəmiyyət Materials 14 Mart 2025 10:08 (UTC +04:00)
Müdafiə naziri “Baykar” şirkətinin baş direktoru ilə görüşüb (FOTO)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan Türkiyənin “Baykar” şirkətinin baş direktoru cənab Haluk Bayraktarı qəbul edib.

Trend Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, səmimi dialoq çərçivəsində keçirilən görüşdə hərbi əməkdaşlığımızın daha da inkişaf etdirilməsi vurğulanıb.

Görüşdə texnoloji innovasiyaların tətbiqi ilə birgə istehsalatın artırılmasının vacibliyi xüsusi qeyd olunub, Azərbaycan ilə Türkiyə arasında hərbi-texniki əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivlərinə dair geniş fikir mübadiləsi aparılıb.

Görüşün sonunda müdafiə naziri cənab H.Bayraktarı "Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə" medalı ilə təltif edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti