...

Qarabağ Universitetində Novruz bayramı münasibətilə tədbir keçirilib (FOTO/VİDEO)

Cəmiyyət Materials 18 Mart 2025 19:00 (UTC +04:00)
Qarabağ Universitetində Novruz bayramı münasibətilə tədbir keçirilib (FOTO/VİDEO)
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Xankəndi. Trend:

Qarabağ Universitetində İlaxır çərşənbə və Novruz bayramı münasibətilə tədbir və konsert proqamı təşkil edilib.

Trend-in yerli müxbiri xəbər verir ki, Qarabağ Universitetinin rektoru Şahin Bayramov tədbiri giriş sözü ilə açaraq milli bayramımız Novruzun ilaxır çərşənbəsini Xankəndi şəhərində qeyd etməyin qürurundan bəhs edib.

Rektor bildirib ki, Xankəndi şəhərində Novruz bayramını qeyd etməyimizin özü də xalqımızın əzmi, Prezident İlham Əliyevin siyasi iradəsi və Ordumuzun rəşadətinin nəticəsidir.

Ş.Bayramov Qarabağ Universitetinin professor-müəllim, inzibati və tələbə heyətini əziz bayram münasibətilə təbrik edib və Novruz bayramının hər kəsə birlik və həmrəylik gətirməsini diləyib.

Tədbir rəsmi hissənin ardından bədii proqramla davam edib. Proqramda Qarabağ Universitetinin tələbələri tərəfindən milli rəqslər və Novruz bayramına aid adət-ənənələri əks etdirən səhnəciklər təqdim olunub. Bundan əlavə, tədbirdə müəllim və tələbələrin ifasında milli mahnılar səsləndirilib.

Sonda bayram tonqalının ətrafında universitetin müəllim və tələbə heyətinin iştirakı ilə yallı təşkil edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti