Bakı. Trend:
Azərbaycanda bu gündən etibarən ardıcıl 12 günlük qeyri-iş günü olacaq.
Trend xəbər verir ki, 20, 21, 22, 23, 24 mart tarixləri Novruz bayramı ilə əlaqədar qeyri-iş günü sayılır.
Belə ki, 22, 23 mart tarixləri şənbə və bazar günü olduğundan əlavə olaraq 25, 26 mart tarixləri də tətil günü hesab edilir.
Bundan əlavə, Nazirlər Kabinetinin müvafiq qərarı ilə qeyri-iş günlərinin yeri dəyişdirilib.
Bununla da 27 və 28 mart iş günləri ilə müvafiq olaraq 10 mart və 1 aprel istirahət günlərinin yerləri dəyişdirilib. Bununla da 27 və 28 mart tarixlərində də iş olmayacaq.
31 martda ölkəmizdə Ramazan bayramı qeyd olunduğundan həmin gün də qeyri-iş günləri siyahısına daxil ediləcək.
Bununla da, martın 20-dən 31-dək iş olmayacaq. Növbəti iş günü aprelin 1-nə təsadüf edir.