...

Xaçmazda “Konstitusiya və Suverenlik İli” çərçivəsində ağacəkmə aksiyası keçirilib (FOTO)

Cəmiyyət Materials 19 Mart 2025 13:38 (UTC +04:00)
Xaçmazda “Konstitusiya və Suverenlik İli” çərçivəsində  ağacəkmə aksiyası keçirilib (FOTO)
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Xaçmaz rayonunda “Konstitusiya və Suverenlik İli” çərçivəsində ağacəkmə aksiyası keçirilib.

Trend xəbər verir ki, bu barədə Xaçmaz Rayon İcra Hakimiyyəti məlumat yayıb.

Bildirilib ki, aksiyada Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, yerli hüquq mühafizə orqanlarının rəhbərləri, idarə, təşkilat və müəssisələrin kollektivləri iştirak ediblər.

Xaçmazlılar Xudat şəhəri ərazisinə yerli iqlim şəraitinə uyğun gələn 500-ə yaxın ağac əkiblər. Yeni əkilən ağaclara aqrotexniki qulluq göstərilib, suvarılması təmin edilib.

Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev Xudat-Nabran yolunun üzərində müasir memarlıq üslübünda yeni yaradılan kompazisiya ilə tanış olub, dairəvi yolun kənarında aparılan quruculuq işləri ilə maraqlanıb.
Burada piyadaların rahat və təhlükəsiz hərəkəti üçün səkilər yenilənib.

Turizm marşrutunun üzərində yerləşən yeni kompozisiya yerli sakinlərlə yanaşı, rayona səfər edən qonaqların zövqünü oxşayır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti