...

Xaçmazda oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanıldı

Cəmiyyət Materials 25 Mart 2025 09:09 (UTC +04:00)
Xaçmazda oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanıldı
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Xaçmaz Rayon Polis Şöbəsinə daxil olan məlumat əsasında keçirilən tədbirlərlə rayon ərazisindəki evlərin birindən və mağazadan oğurluq etməkdə şübhəli bilinən Nurağa İsgəndərov saxlanılıb.

Trend xəbər verir ki, bu barədə DİN məlumat yayıb.

Bildirilib ki, həmin şəxs məişət əşyaları, təmir alətləri, tütün məmulatları və pul oğurlamaqda təqsirləndirilir.

Zərərçəkmişlərə ümumilikdə 16 min manat məbləğində ziyan dəyib.

Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə N.İsgəndərovun barəsində həbs qətimkan tədbiri seçilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti