...

Bakıda “Minasız dünya - vətəndaş cəmiyyəti təşəbbüsləri” adlı tədbir keçirilib (FOTO)

Cəmiyyət Materials 4 Aprel 2025 11:21 (UTC +04:00)
Bakıda “Minasız dünya - vətəndaş cəmiyyəti təşəbbüsləri” adlı tədbir keçirilib (FOTO)
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyində Beynəlxalq Mina Xəbərdarlığı və Minatəmizləmə Fəaliyyətinə Yardım Günü ilə bağlı “Minasız dünya - vətəndaş cəmiyyəti təşəbbüsləri” adlı tədbir keçirilib.

Trend-in xəbərinə görə, tədbirdə Agentliyin maliyyə dəstəyi ilə icra olunan layihələr haqqında məlumat verilib.

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Layihələrin idarəedilməsi departamentinin müdiri Elnur Bağırlı​ çıxış edərək bildirib ki, Agentlik tərəfindən 2021-2024-cü illər ərzində 24 layihəyə 355 500 manat maliyyə dəstəyi ayrılıb.

Departament müdiri vurğulayıb ki, Azərbaycan mina problemini Dayanıqlı İnkişaf Məqsədlərinin 18-ci məqsədi kimi irəli sürüb. Mina mövzusu 2025-ci ildə də Agentliyin əsas prioritetləri sırasındadır.

Toplantıda Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev, “Minalar Əleyhinə Azərbaycan Kampaniyası” İctimai Birliyinin sədri Hafiz Səfixanov, “Alternativ” Kommunikasiya və Tədqiqatlar İctimai Birliyinin sədri Anar Yusifzadə, “Gilavar Foto Klubu” İctimai Birliyinin sədri Rəşad Mehdiyev, “Çıraq” Humanitar və İnkişaf İctimai Birliyinin sədri Nadir Cəfərov, Azərbaycanda Minadan Zərərçəkənlərin Assosiasiyası İctimai Birliyinin nümayəndəsi Mirəli Hüseynov Agentliyin donorluğu ilə icra etdikləri layihələrin təqdimatlarını ediblər.

Xəbər lenti

Xəbər lenti