Bakı. Trend:
Avropa İttifaqı (Aİ) Ukraynanın kənd təsərrüfatı məhsulları üçün rüsumsuz rejimi iyunun 5-də başa çatdıqdan sonra uzadmayacaq.
Trend-in məlumatına görə, bu barədə Aİ-nin kənd təsərrüfatı üzrə komissarı Kristof Hansen Avropa Parlamentinin Kənd Təsərrüfatı Komitəsində çıxışı zamanı deyib.
"Hazırkı tədbirlər istənilən halda ləğv ediləcək. Şura uzadılma ehtimalının olmadığını açıq şəkildə bildirdi", - o bildirib.
Eyni zamanda, K.Hansen qeyd edib ki, Avropa Komissiyası (AK) mövcud güzəşt rejimi başa çatdıqdan sonra Ukraynaya Avropa bazarına təcili çıxış imkanı verəcək.