...

Bu sənədin verilməsinə görə dövlət rüsumu tutulmayacaq

Cəmiyyət Materials 11 Aprel 2025 12:23 (UTC +04:00)
Bu sənədin verilməsinə görə dövlət rüsumu tutulmayacaq
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Daxili karantin sertifikatının verilməsinə görə dövlət rüsumu tutulmayacaq.

Trend xəbər verir ki, bu məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə olunan “Fitosanitar nəzarəti haqqında” Qanuna dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Daxili karantin sertifikatı ölkə daxilində daşımalar zamanı bitki və bitkiçilik məhsullarının fitosanitar vəziyyəti barədə fiziki və hüquqi şəxslərə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada verilən rəsmi sənəddir.

Qanun layihəsi səsə qoyularaq bir oxunuşda qəbul olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti