Bakı.Trend:
Paytaxtda oğurluq edən 34 yaşlı T.Səfərov və 55 yaşkı V.Kərimov şübhəli şəxs qismində saxlanılıb.
Trend Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, mayın 22-də Nərimanov rayonu ərazisində bir nəfərin çantasından telefon oğurlanıb.
Rayonun Z.Bünyadov küçəsində Sumqayıt şəhər sakini polisə müraciət edərək 3600 manat dəyərində telefonunun oğurlanmasını bildirib.
Nərimanov RPİ 17-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğrunu müəyyən etmək mümkün olub.
Belə ki, hadisəni törətməkdə şübhəli bilinən 34 yaşlı T.Səfərov şübhəli şəxs qismində saxlanılıb.
Nəsimi rayonunda isə mağazaların birindən 800 manat dəyərində tütün məmulatları talamaqda şübhəli bilinən 55 yaşkı V.Kərimov da müəyyən edilərək saxlanılıb.
Faktlarla bağlı araşdırma aparılır.