Bakı. Trend:
Xarici İşlər Nazirliyinin kollegiyası üzvlərinin sayı və tərkibi təsdiqlənib.
Trend xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.
Qərara əsasən, XİN-in kollegiyasının üzvləri aşağıdakı tərkibdə təsdiq edilib:
Kollegiyanın sədri:
Azərbaycan Respublikasının xarici işlər naziri
Kollegiyanın üzvləri:
Azərbaycan Respublikası xarici işlər nazirinin müavinləri
"ADA" Universitetinin rektoru
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Hüquqi təminat
idarəsinin rəisi
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Kadrlar
idarəsinin rəisi
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar
Respublikası İdarəsinin rəisi.
