Bakı.Trend:
Yanğınsöndürənlərin və Xilasedicilərin Beynəlxalq İdman Federasiyasına üzv ölkələrin yanğın-xilasetmə xidmətləri rəhbərlərinin XXVI Beynəlxalq Konfransının ölkəmizdə keçirilməsi bizim üçün böyük əhəmiyyət kəsb edir. Biz bu tədbirdə beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətimdə mühüm addım hesab edirik.
Trend xəbər verir ki, bu fikirləri Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərov bu gen Bakıda Yanğınsöndürənlərin və Xilasedicilərin Beynəlxalq İdman Federasiyasına üzv ölkələrin yanğın-xilasetmə xidmətləri rəhbərlərinin XXVI Beynəlxalq Konfransında çıxışı zamanı deyib.
O bildirib ki, tarix boyu insanlar təbii və texnogen hadisələrlə üzləşib.
“Azərbaycan təbii və texnogen risklərinin olduğu ölkədir. Ölkəmizdə son illər sənaye və infrastruktur şəbəkəsinin yaradılması fövqəladə hallardan qorunma məsələsini də diqqətdə saxlayır. Prezident İlham Əliyevin Sərəncamı ilə 2005-ci ildə yaradılan Fövqəladə Hallar Nazirliyi hadisələrə çevik reaksiya verir."
