...

Kənd təsərrüfatı fəaliyyəti ilə bağlı bəzi obyektlərin tikintisi üçün icazə tələb olunacaq

Cəmiyyət Materials 3 Dekabr 2025 10:30 (UTC +04:00)
Kənd təsərrüfatı fəaliyyəti ilə bağlı bəzi obyektlərin tikintisi üçün icazə tələb olunacaq
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Kənd təsərrüfatı fəaliyyəti ilə bağlı bir sıra obyektlərin tikintisi üçün icazə tələb olunacaq.

Trend-in məlumatına görə, bu məsələ Milli Məclisinin Aqrar siyasət komitəsinin dekabrın2-də keçirilən onlayn iclasında müzakirə olunan “Azərbaycan Respublikasının Torpaq Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 28 iyun tarixli 1194-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar bəzi qanunlarda dəyişiklik edilməsi barədə” qanun layihəsində öz əksini tapıb.

Qüvvədə olan qanuna görə, mülkiyyətdə, icarədə və ya istifadədə olan torpaq sahəsində hündürlüyü ən çoxu 5 metr, sahəsi 100 kvadratmetr olan bir mərtəbəli yardımçı tikililərin, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq fəaliyyəti ilə bağlı obyektlərin tikintisinə icazə tələb olunmur.

Layihəyə əsasən, mülkiyyətdə, icarədə və ya istifadədə olan torpaq sahəsində hündürlüyü ən çoxu 5 metr, sahəsi 100 kvadratmetr olan bir mərtəbəli yardımçı tikililərin, meşə təsərrüfatı və balıqçılıq fəaliyyəti ilə bağlı obyektlərin tikintisinə icazə tələb olunmur.

Həmçinin, xüsusi mülkiyyətdə olan torpaq sahələrində həcmi ən çoxu 60 kubmetr və dərinliyi ən çoxu 5 metr olan quyuların, (kənd təsərrüfatı təyinatlı tikilənlər istisna olmaqla) yeraltı su və çirkab su anbarlarının (rezervuarların), habelə həcmi ən çoxu 200 kubmetr olan hovuzların, tutumu 100 nəfərə qədər olan müvəqqəti tikililərin (kənd təsərrüfatı təyinatlı tikilənlər istisna olmaqla), hündürlüyü ən çoxu 3 metr və sahəsi ən çoxu 300 kvadratmetr olan istixanaların (kənd təsərrüfatı təyinatlı tikilənlər istisna olmaqla) və oranjereyaların tikintisinə icazə tələb olunmayacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti