Bakı. Trend:
Bir sıra hallarda təhsilalan və əcnəbilərlə əmək müqaviləsinin müəyyən müddətə bağlanılmasına yol veriləcək.
Trend-in məlumatına görə, bu məsələ Milli Məclisin Regional məsələlər komitəsinin bugünkü onlayn iclasında müzakirə olunan Əmək Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.
Layihəyə əsasən, aşağıdakı hallarda da əmək müqaviləsinin müəyyən müddətə bağlanılmasına yol veriləcək:
- təhsilalanların istehsalat təlimi və təcrübəsi keçdiyi hallarda;
- əcnəbilər və vətəndaşlığı olmayan şəxslər iş icazəsi əsasında Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyətinə cəlb olunduqda.
