Bakı. Trend:
Dünya İqtisadi Forumunun 2025-ci il üzrə “Qlobal Risk Hesabatı”nda sadalanan qlobal risklərə baxmayaraq cari ilin 11 ayında makroiqtisadi göstəricilərimiz dayanıqlıdır.
Trend xəbər verir ki, bunu Baş nazir Əli Əsədov Milli Məclisin bugünkü plenar iclasında 2026-cı il dövlət büdcəsi zərfinə daxil olan qanun layihələrinin müzakirəsi zamanı deyib.
Baş nazir bildirib ki, güclü xarici balans, aşağı dövlət borcu və suveren fondun böyük aktivləri əsas müsbət göstəricilər kimi qeyd olunmalıdır.
“Cari ilin 11 ayında Ümumi Daxili Məhsul 1.6% artmışdır, o cümlədən qeyri neft-qaz sektorunda 3.2% artım, neft-qaz sektorunda isə 1.8% azalma qeydə alınmışdır. İqtisadi artımın dinamikasında nisbətən zəifləmənin əsası neft hasilatının obyektiv səbəblərə görə aşağı düşməsidir”, - deyə o vurğulayıb.
