...

Strateji valyuta ehtiyatları ilin əvvəlindən 12,5 milyard dollar artıb

İqtisadiyyat Materials 9 Dekabr 2025 11:43 (UTC +04:00)
Strateji valyuta ehtiyatları ilin əvvəlindən 12,5 milyard dollar artıb
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Ölkəmizin strateji valyuta ehtiyatları ildən-ilə artır və bu ilin əvvəlindən də əhəmiyyətli dərəcədə - 12,5 milyard dollar artaraq 83,5 milyard dollardır. Bu da manat ifadəsi ilə 142 milyard manatdır ki, 2025-ci ilə gözlənilən ÜDM-in həcmini (130 mlrd.manat) üstələyir.

Trend xəbər verir ki, bunu Baş nazir Əli Əsədov Milli Məclisin bugünkü plenar iclasında 2026-cı il dövlət büdcəsi zərfinə daxil olan qanun layihələrinin müzakirəsi zamanı deyib.

Baş nazir bildirib ki, hazırda valyuta ehtiyatlarımız xarici borcumuzdan 17 dəfə çoxdur.

“Bu gün dünyanın iki aparıcı reytinq agentliyi (“Moody’s” və “Fitch”) ölkəmizin kredit reytinqini yüksəldib. Bu, ölkəmizdə iqtisadi dayanıqlığın, fiskal intizamın və əlverişli investisiya mühitinin səviyyəsini təsdiq edir.

Əlbəttə ki, bütün bunlar cənab Prezident İlham Əliyevin rəhbərliyi altında aparılan uğurlu xarici və daxili siyasətin və islahatların təzahürüdür”, - deyə o vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti