...

2029-cu ildə qeyri-neft sektorunun ÜDM-də həcmi 80 %-i üstələyəcək

İqtisadiyyat Materials 9 Dekabr 2025 11:47 (UTC +04:00)
2029-cu ildə qeyri-neft sektorunun ÜDM-də həcmi 80 %-i üstələyəcək
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Ortamüddətli dövrdə iqtisadiyyatımızın aparıcı qüvvəsi qeyri-neft sektoru olacaq. Əgər Strategiyanın başlanğıc dövründə 2022-ci ildə ÜDM-nin həcminin 52 faizini qeyri-neft sektoru təşkil edirdisə (2025- 72%), bu nisbət 2029-cu ildə 80 faizi üstələyəcək.

Trend xəbər verir ki, bunu Baş nazir Əli Əsədov Milli Məclisin bugünkü plenar iclasında 2026-cı il dövlət büdcəsi zərfinə daxil olan qanun layihələrinin müzakirəsi zamanı deyib.

Baş nazir bildirib ki, Azərbaycan iqtisadiyyatı son illərdə texnoloji modernləşmə və rəqəmsal transformasiya mərhələsinə daxil olub:

“İqtisadi artımın keyfiyyət göstəriciləri yüksəlmiş, iqtisadi infrastrukturun müasirləşdirilməsi, innovasiya və rəqəmsallaşma əsas prioritetə çevrilib”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti