...

Azad edilən ərazilərdə məşğulluqla təmin edilən şəxslərin sayı məlum olub

Cəmiyyət Materials 30 Dekabr 2025 15:35 (UTC +04:00)
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi işğaldan azad edilmiş ərazilərimizə köçürülmüş sakinlərin məşğulluq tədbirləri ilə əhatə olunması işlərini davam etdirir.

Trend xəbər verir ki, bu barədə ƏƏSMN məlumat yayıb.

Bildirilib ki, Böyük Qayıdış proqramı çərçivəsində dogma yurdlarına köçürülmüş sakinlərdən artıq 7817 şəxsin məşğulluğu təmin edilib. Onlardan 700-ə yaxın şəxs üçün özünüməşğulluq proqramı üzrə kiçik ailə təsərrüfatları yaradılıb.

Habelə 352 nəfər müxtəlif istiqamətlər üzrə peşə hazırlığı kurslarına cəlb edilib. Kursları uğurla başa vurmuş şəxslərin işlə təminatına dəstək göstərilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti