...

Çətin həyat şəraitində olan uşaqlar üçün bəzi xidmətlər ödənişsiz olacaq

Cəmiyyət Materials 28 Yanvar 2026 11:01 (UTC +04:00)
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Çətin həyat şəraitində olan uşaqlara və onların ailələrinə ödənişsiz sosial xidmətlər göstəriləcək.

Trend-in məlumatına görə, bu məsələ Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin bugünkü iclasında müzakirə olunan “Uşaq hüquqları haqqında” qanun layihəsində öz əksini tapıb.

Qanun layihəsinə əsasən, uşağın qanunla müəyyən edilmiş yaşayış minimumu məbləğindən az olmayan məbləğdə maddi təminat almaq hüququ olacaq.

Dövlət uşaqların sosial müdafiəsi məqsədilə ayrı-ayrı kateqoriyadan olan şəxslərə sosial yardım göstərəcək.

Çətin həyat şəraitində olan uşaqlara və onların ailələrinə “Sosial xidmət haqqında” Qanuna əsasən dövlət sosial xidmət müəssisələrində və evlərdə zəmanət verilmiş həcmdə ödənişsiz sosial xidmətlər göstəriləcək.

Yerli özünüidarəetmə orqanları uşaqlara dövlət sosial təminatından əlavə təminatlar nəzərdə tutan yerli sosial müdafiə proqramları həyata keçirəcəklər.

Qeyri-hökumət təşkilatları dövlət sifarişləri çərçivəsində və ya öz təşəbbüsləri və maliyyə vəsaitləri hesabına uşaqların sosial müdafiəsi üzrə tədbirlər həyata keçirəcəklər.

Qüvvədə olan qanuna görə, uşağın Azərbaycan qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ var. Dövlət uşaqlara birdəfəlik ödəmələr, aylıq müavinətlər, kompensasiyalar formasında sosial yardımlar verir. Ehtiyacı olan uşaqlara müvafiq icra hakimiyyəti orqanları əlavə yardım və imtiyazlar tətbiq edə bilər. Sosial yardımlar uşaqların mənafelərinə uyğun sərf olunmalıdır.

Məlumat üçün bildirək ki, “Sosial xidmət haqqında” Qanuna görə, şəxs (ailə) aşağıdakı əsaslardan azı biri olduqda çətin həyat şəraitində hesab edilir:

  • uşaqların valideynlərini itirməsi və ya valideyn himayəsindən məhrum olması;
  • uşaqların əlilliyinin olması
Xəbər lenti

Xəbər lenti